Qırğızıstanın yeni prezidenti Sadır Japarov ökumət üzvlərinə və dövlət qurumlarının əməkdaşlarına kabinetlərinə portretini asmamağı tapşırıb.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.
"Sadır Japarov hesab edir ki, hələlik vətəndaşların həyat şəraitində keyfiyyət dəyişiklikləri ehtiva edən heç nə etməyib. Ona görə də onun portretlərinin dövlət idarələrində asılmasını məqbul saymır", - deyə açıqlamada qeyd olunub.