İstanbulda lüks otellərin birində bir müddətdir axtarışda olan cütlük saxlanılıb.
Unikal.org xəbər verir ki, qızıl və müxtəlif məhsullar satan cütlük 20 gün ərzində 200 nəfəri dolandırıb. Belə ki, cütlük insanların etimadını qazanmaq üçün məhsulları 30-40% ucuz qiymətə onlara satacaqlarını bildiriblər. Bununla da cütlük müştərilərdən 50 milyona yaxın pul mənimsəyib. Daha sonra dolandırıcı şəxslər nə pulu nə də əşyaları müştərilərə verməyiblər.
Emre K. və sevgilisi Hilal A. adlı şəxslər bir müddət aradan çıxıblar. Lakin bu gün onlar polis tərəfindən saxlanaraq bölməyə aparılıblar.