Türkiyə prezidentliyinə keçmiş namizəd, müxalif siyasətçi Muharrem İnce Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verəcəyini açıqlayıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, İnce yeni siyasi təşkilat qurmağı planlaşdırır.

"CHP-dən istefa verəcəyəm. Bu gün istefa verəcəyəm. Səbəbi barədə bu həftə geniş mətnlə açıqlama yayacağam", - deyə siyasətçi bəyan edib.