İngiltərənin Oldham şəhərindən olan 70 yaşlı Frank Rothvell ilkə imza atıb. 

Unikal.org xəbər verir ki, Frank, Altsheymer xəstələrini dəstəkləmək üçün kampaniya başladıb. Belə ki, o,  bununla da 1 milyon dollar pul qazanıb.

Belə ki, Frank Atlantik Okeanında avarçəkərək səyahətini tamamlayan ən yaşlı insan olub. 

BBC-nin xəbərinə görə, Frank Rothvell İspaniyanın Kanar adalarından 12 dekabr 2020-ci il tarixində  qayıqla çıxdığı səyahəti 6 fevralda  Antigua Adasında tamamlayıb. 

Beləliklə, o, təkbaşına 4830 km yol qət edib.