II Dünya Müharibəsi zamanı Hitler Almaniyasında zabit olmuş nasist 100 yaşında məhkəmə qarşısına çıxarılacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 100 yaşlı keçmiş zabitin Holokost zamanı 3 500-dən çox yəhudinin ölümündə iştirak etdiyi bildirilir.
Məhkəmədə faktlar sübuta yetirilərsə, zabitin ağır şəkildə cəzalandırılacağı deyilir. 100 yaşlı nasistin adı açıqlanmır.