İtkin düşən daha 4 erməni hərbçisinin cəsədi aşkarlanıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə qondarma rejimin nümayəndələri məlumat verib.

Cəsədi aşkarlananlar itkinlər siyahısında olub və müharibə zamanı ölüblər. Onların cəsədi Qarabağ ərazisində tapılıb. Kimliyin müəyyən olunması üçün identifikasiya işləri görülməlidir.