Nəqliyyat, Rabitə və Yüksək Texnolgiyalar Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova işindən çıxıb.

Unikal.org xəbər verir ki, bu barədə o, özü məlumat verib.

Qeyd edib ki, bundan sonra fəaliyyətini Odlar Yurdu universitetinin "İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi"nin müdiri kimi davam etdirəcək.