Avstraliyada qorxunc hadisə baş verib.
Unikal.org xəbər verir ki, Queensland şimalındakı adada 4.2 metr uzunluğunda olan timsahın mədəsində insan qalıqları tapılıb. Səlahiyyətlilər, qalıqların keçən həftə yoxa çıxan balıqçı Andrev Hearda aid olduğunu bildiriblər.
Belə ki, Heardın həyat yoldaşı fevralın 12-də polisə müraciət edərək, ərinin balıq ovuna getdiyini və bir daha geri qayıtmadığını ifadə edib. Bundan sonra hərəkətə keçən polis işçiləri Andrevin ova getdiyi göldə axtarış işləri aparıblar. Nəticədə iri timsahın mədəsindən Andrevin qalıqlarını aşkar ediblər.