ABŞ rəsmi bildiriş verdikdən 30 gün sonra iqlim üzrə Paris sazişinə qayıdır.
Unikal.org xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken bildirib.
Onun sözlərinə görə, Prezident Cozef Bayden vəzifəyə başladığı ilk gün bununla bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, İqlim üzrə Paris sazişi 2015-ci ildə 190-dan çox ölkənin imzaladığı ilk qlobal iqlim sənədidir. Saziş qlobal istiləşmənin qarşısının alınmasına dair dünya planını müəyyənləşdirir.