“Antimilli Şuranın üzvləri və Ermənistanda keçmiş xuntanın rəhbərliyi eyni tezislərdən çıxış edirlər, eyni yerdən qidalanırlar”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.
Deputat bildirib ki, həmçinin, onlar Azərbaycan və Türkiyənin yaxın münasibətindən narahat olurlar: “Azərbaycan gəncliyinə səslənirəm ki, bu çağırışlara uymasın. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı birlik nümayiş etdirdi. Biz bu birliyi daha da gücləndirməliyik”.