İranda ötən sutka ərzində 81 nəfər koronavirusdan (COVID 19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Modern.az nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 59 980 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 975 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 623 159 nəfərə çatıb. Virus daşıyıcılarından 3 729 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 1 386 534 nəfər koronavirusdan sağalıb. 10,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda koronavirusa yoluxma üzrə 11 rayon qırmızı, 32 rayon narıncı, 251 rayon sarı və 154 rayon mavi zona hesab olunur.