Cari ilin fevralın 27-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 980 nəfər vaksinasiya olunub.
Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 273 198 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.