İspaniya çempionatının yarımfinal mərhələsində Avropa Liqasının son qalibi “Sevilya” ilə “Barselona” arasında cavab görüşü keçirilib.

Unikal.org xəbər verir ki, hesabı 12-ci dəqiqədə “Barselona”nın hücumçusu Usman Dembele açıb. Oyunun sonlarında hakim “Sevilya”nın futbolçusu Fernandonu meydandan qovub.

Gərgin keçən qarşılaşmada Pike klubunu məğlubiyyətdən qurtarıb. O, 94-cü dəqiqədə rəqib qapısına yol tapıb.

İlk görüşdə “Sevilya” “Barselona”ya 2:0 hesabı ilə qalib gəldiyi üçün bərabərlik yaranıb və matçın vaxtı uzadılıb.

“Barselona” komandasına qələbə qazandıran qolu oyuna əlavə olunmuş dəqiqələrdə Martin Bartvaytın vurduğu qol gətirib.

Beləliklə, “Barselona” İspaniya Kubokunun finalına yüksəlib və “Sevilya” turnirdəki iştirakını dayandırıb.