Azərbaycan cüdoçusu Rüstəm Orucov Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə üçüncü yer uğrunda görüşə çıxıb.

Unikal.org xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı bu raundda Özbəkistan təmsilçisi Obidkhon Nomanovla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Orucov bürünc medal qazanıb. O, qarşılaşmanın sonunda Nomanovun əllərini yuxarı qaldırıb və yerli azarkeşlərə onun da qalib olduğunu göstərib.

***

14:03

Azərbaycan cüdoçusu Rüstəm Orucov Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə təsəlliverici görüşə çıxıb.

Unikal.org xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı bu raundda Özbəkistan təmsilçisi Murodjon Yuldoşevlə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Orucov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, üçüncü yer uğrunda qarşılaşmada Obidkhon Nomonovun (Özbəkistan) müqavimətini qırmağa çalışacaq.

Titullu cüdoçu 1/16 finalda Martin Hojaka (Sloveniya), ardınca isə Oleq Babqoyevə (Rusiya) qalib gəlib. Orucov 1/4 finalda Ermənistan təmsilçisi Ferdinand Karapetyana məğlub olub.

Bu gün mübarizəyə qoşulan Hidayət Heydərov və Telman Vəliyev (hər ikisi 81 kq) yarışla erkən vidalaşıb.

Qeyd edək ki, Böyük Dəbilqəyə martın 7-də yekun vurulacaq. Azərbaycan cüdoçuları ilk yarış gününü medalsız bitirib.