Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində bu gün Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxıb.
Unikal.org xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev ilk görüşündə qırğızıstanlı Erlan Şerova ipponla qalib gəlib. Onun 1/8 finalda rəqibi böyük britaniyalı Maks Stüart olacaq.
100 kq-dan yuxarı çəkidə yer alan Uşangi Kokauri 1/16 finalda italiyalı Vinçentso D Arkonu 2 dəqiqə 38 saniyəyə ipponla məğlub edib. Onun növbəti rəqibi rusiyalı Anton Krivobokov olacaq.
100 kq çəkidə isə Aslan Mirzəyev 1/16 finala təsadüf edən ilk görüşündə monqolustanlı Otqonbatar Lxaqvasurenlə qarşılaşacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə"yə bu gün yekun vurulacaq.