Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Mavi vətən 21” hərbi dəniz təlimlərini izləyib.
 
Unikal.org xəbər verir ki, yüksək rütbəli hərbçilərlə birlikdə mərasimə qatılan nazir tədbirdən sonra mətbuata bir sıra aktual məsələlər barədə açıqlamalar verib.

Belə ki, H.Akar Yunanıstan, Misir kimi ölkələrlə yanaşı, Azərbaycanla münasibətlərə də toxunub.

“Bir millət, iki dövlət olduğumuz Azərbaycanla tək ürək olmağa və bütün imkanlarımızla yanında dayanmağa davam edəcəyik”, - müdafiə naziri bəyan edib.