“WhatsApp” messenceri köhnə iPhone modellərində işləməyəcək".

Unikal.org xəbər verir ki, bu barədə “WABetaInfo” portal məlumat yayıb.

Belə ki, IOS tətbiqetməsinin son beta versiyasında iOS 9 və daha aşağı səviyyədə çalışan cihazlar üçün dəstək yoxdur.

“WhatsApp” hələ bu məlumatı təsdiqləməyib.

Hazırda iPhone əməliyyat sistemlərinin rəsmi siyahısında messencer tərəfindən dəstəklənən iOS 9 və daha yeni versiyalar mövcuddur.