Ermənistan Prezidentinin Administrasiyası Prezident Armen Sarkisyanın ötən ilin noyabrında Bakıda səfərdə olması barədə iddialarla bağlı açıqlama yayıb.

Unikal.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, açıqlamada Sarkisyanın Bakıya səfəri barədə məlumatlar təkzib olunub:

“Bəzi KİV orqanlarında guya Armen Sarkisyanın noyabrın 17-də Bakıda olduğu barədə xəbərlər yayılır. Bu, açıq yalan və dezinformasiyadır. Prezident nə həmin gün, nə də digər günlərdə Bakıda olmayıb”.

Qeyd edək ki, daha öncə “İravunk” qəzeti Makedoniyanın Ermənistandakı fəxri konsulu Araik Sarkisyana istinadən məlumat yayıb ki, A. Sarkisyan noyabrın 17-də Bakıda səfərdə olub.

“Prezidentdən soruşun, noyabrın 17-də Bakıda nə edirdi”, - deyə Araik Sarkisyan soruşub.