Bakı və Sumqayıt şəhərində üç avtomobil yanıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. 

Eyni zamanda, Sumqayıt şəhərində “Ford” markalı yük avtomobilinin yanar hissələri və yaxınlıqda dayanan “Kia” markalı minik avtomobilinin yük yeri qismən yanıb.

Minik avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.