"Tahir Budaqov martın 9-da YAP-ın imərkəzi qərargahında kollektivə təqdim olunub. O, artıq partiyanın aparat rəhbəri kimi işə başlayıb".
Bunu Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, T.Budaqov partiya işində kifayət qədər təcrübəli insandır: "O, idarəetmə məktəbi keçib. İnsanlarla işləmək qabiliyyəti kifayət qədər güclüdür, ünsiyyətcildir. Mən onu tanıyıram, ən əsası odur ki, çox təmiz imicə malik şəxsdir. Tahir müəllim çox təmiz insandır. Hesab edirəm ki, belə insanların partiya rəhbərliyinə gətirilməsi partiyanın qarşısına qoyulan yeni hədəflərə çatmaq baxımından çox böyük imkanlar açır".
Famil Fərhadoğlu