Paytaxtın bəzi yollarında nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, Atatürk və Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bundan əlavə, Neftçilər prospekti-Azneft dairəsi istiqamətində də nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.