Bakıda yaşayış binasında yanğın olub.
Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd sayğac, 7 ədəd qoruyucu açar və giriş-çıxış kabelləri 4 p.m yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.