Balakən sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülüb

Bu barədə Unikal.org-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Şambul kənd sakini Rafael Saramanovdan müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi və həmin tüfəngə aid patronlar aşkar edilərək götürülüb.

R.Saramanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilib.