Çox təəssüflər olsun ki, koronavirus pandemiyası il ərzində öz gedişində qeyri-müəyyənlik nümayiş etdirir.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, yenə də karantin rejiminin yumşaldılması insanların arxayınçılığına gətirib çıxardı:

"Bir az yumşalma olan kimi insanlarda elə təəssürat yaranır ki, sanki virus tamamilə qurtarıb. Ancaq bu belə deyil. Bundan sonra da biz qaydalara əməl etməyəcəyiksə və bu say artacaqsa, məhdudiyyətlərin gücləndirilməsi zərurətə çevriləcək. Qarşıdan Novruz bayramı gəlir və xalqımızın bayramda qonaq getmək kimi ənənəsi var, bu səbəbdən virusun yayılma təhlükəsi daha realdır. Amma biz bu virusla mübarizədə birlik nümayiş etdirməliyik. Ona görə də bayramqabağı sıxlığın qarşısını almaq üçün Operartiv Qərərgah tərəfindən qəbul edilə biləcək qərarları anlayışla qəbul etməliyik. Nəzərə almalıyıq ki, bu gün dünya çox təhlükəli bəla ilə üz-üzədir və bu bəlaya qarşı biz birlikdə mübarizə aparmalıyıq və vətəndaş olaraq bu mübarizəyə kömək etməliyik. Əgər bu gün yoluxanların sayı 600-dürsə, sabah 1000 olacaqsa, sərtləşdirmə tədbirlərinə gedilməsi labüddür. İnsanlar bunun olmaması üçün sıxlıq yaratmamalı, qaydalara riayət etməlidir".(Trend)