Qarabağda Rusiya sülhməramlı hərbi kontingentinin hərbi qulluqçuları üçün daha bir şəhərcik tikilib.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Bu blok-modul tipli şəhərcik sayca 9-cudur.

Bildirilib ki, blok-modul tipli şəhərcik Əsgəran ərazisində qurulub. 60 hərbi qulluqçunun yaşaması üçün nəzərdə tutulub və bütün zəruri infrastrukturla təchiz olunub.