“Nəqliyyat Könüllüləri" proqramını müvəffəqiyyətlə başa vuran 36 nəfər könüllümüz sertifikat və hədiyyələrlə təltif edilib. 

BNA-dan Unikal.org-a verilən məlumata görə, Agentlikdə və tabeli qurumlarda praktiki bilik və bacarıqlara yiyələnərək müxtəlif sosial aksiya və layihələrdə iştirak edən könüllülərimiz öz professional fəaliyyətlərində uğurlu addımlarını atıblar. Ötən ilin nəticələrinə əsasən könüllülərimizdən 3 nəfər işlə təmin edilib, 2 nəfər vətən müharibəsində iştirak edib, 15 nəfər  pandemiya dövründə fəaliyyətinə görə sertifikatla təltif edilib. Könüllülər ilində fəal olan 4 nəfər ilin könüllüsü seçilib. Eyni zamanda 30 nəfər könüllümüz isə hazırda bu və ya digər fəaliyyətlərimizdə fəal şəkildə iştirak edirlər.

İnanırıq ki, könüllülərimiz paytaxt Bakının daha əlçatan, təhlükəsiz və mobil bir şəhərə çevrilməsi istiqamətində görülən işlərə dəstək olacaq və ətraflarındakı insanları maarifləndirəcəklər.