Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Unikal.org-un xəbərinə görə, hərbi hissənin açılışı zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların xüsusi təyinatlıları üçün nəzərdə tutulan silah-sursata və kütləvi iğtişaşların dağıdılmasında istifadə olunan texnikaya və komendant postlarına baxıb.
Bu postlar işğaldan azad olunmuş ərazilərdə xidmət aparmaq üçün hazırlanıb.