Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.

Unikal.org xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışğı zamanı tərəflər Qarabağla bağlı razılaşmaların həyata keçirilməsini və Cənubi Qafqazdakı iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər. Dövlət başçıları Qarabağla bağlı yaradılan və ölkələrin baş nazirlərinin müavinlərinin təmsil olunduğu işçi qrupun fəaliyyətini pozitiv qiymətləndirib. Qeyd edilib ki, atəşkəs rejiminə tam riayət olunur, regionda vəziyyət stabil və sakitdir.

Putin həmçinin Ermənistan Baş naziri Nikol Paşinyanla da telefon danışığı aparıb.