Özünü videobloger kimi təqdim edən Ata Abdullayevin saxlanılması səbəbi məlum olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, A. Abdullayev məmurları şantaj edərək külli miqdarda pul alırmış. O, çoxsaylı şikayətlər əsasında iş başında yaxalanaraq saxlanılıb.

Qeyd edək ki, Ata Abdullayev cəmiyyətdə şantajçı, şəxsi həyata müdaxilə edən və reketliklə məşğul olan şəxs kimi tanınır.

Əlavə məlumat veriləcək.

xxx

21:41

Özünü videobloger kimi təqdim edən Ata Abdullayev saxlanılıb.

Unikal.org sabah.az-a istinadən xəbər verir ki, Ata Abdullayev bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Ata Abdullayevin hansı maddə ilə ittiham olunduğu hələlik bəlli deyil.