Tovuzda yanğın hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Qazıqulu kəndində qeydə alınıb.

Kənd sakininə məxsus evdə qəfildən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş verməsi səbəbləri araşdırılır.