Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinidən Unikal.org-a verilən məlumata görə hadisə martın 12-də saat 17 radələrində Ağdaş rayonunun Xosrov kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Z.Əlizadə idarə etdiyi “VAZ-21074” markalı avtomobili kanala aşırmışdır. Nəticədə avtomobildəki sərnişin F.Xəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılır.