Cəlilabad rayonunda yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə ərazisindən keçən qeydə alınıb.

Belə ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə məxsus "Toyota" markalı avtomobil qəzaya uğrayıb.

Qəza nəticəsində səfirliyin əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.