Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə “Babazənan” yaşayış massivi ərazisində qeydə alınıb.

Salyan şəhər sakini, sürücü, 1984-cü il təvəllüdlü Dadaşov Emin Mehman oğlu minik avtomobilinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.