Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

Unikal.org xəbər verir ki, hadisə Sumqayıt bulvarında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə  Sumqayıt bulvarında 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri  vətəndaş 1991-ci il təvəllüdlü Əmirov Yusif Gülbəy oğlunu  xilas edərək aidiyyəti üzrə təhvil veriblər.