Qaradağ rayon Polis İdarəsinin rəisi  polkovnik İsfəndiyar Mehbalıyevə töhmət verilib.

Unikal.org-un əldə etdiyi məlumata görə,  İ.Mehbalıyov işində nöqsanlara yol verib. Buna görə də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İ.Mehbalıyevə töhmət verilib. 

Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğlu, Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir.

***

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, DİN çoxsaylı rəis heyəti var:

"İşində nöqsan olan şəxsin cəzalandırılması normaldır. Qaradağ rayon Polis İdarəsinin rəisi  polkovnik İsfəndiyar Mehbalıyevə töhmət verilməsi ilə bağlı məndə məlumat yoxdur".

Orxan Həsənli