Azərbaycan Tibb Universitetinin birinci Müalicə işi fakültəsinin 6 qrupunda koronavirusa yoluxma halı aşkarlanıb və həmin qruplarda təhsil distant formaya keçirilib. 

Bu barədə Unikal.org-a ATU-nun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, universitetdə yoluxma halı kütləvi deyil, hər qrupda 1-2 tələbə yoluxub. 

Həmçinin qeyd olunub ki, ənənəvi formada dərslər keçilən bütün klinik bazalarda dezinfeksiya tədbirləri həyata keçirilir. Tələbələr universitetə daxil olarkən karantin qaydalarına uyğun olaraq temperaturları ölçülür.