Tovuz rayonunda fəaliyyət göstərən məktəblərdən birində koronavirus aşkar edilib.

Unikal.org-un bölgə müxbirinin verdiyi məlumata əsasən, rayonun İsmayıl Mürşüdov adına tam orta məktəbin 9- sinifinin iki şagirdində "Covid-19" virusu aşkar edilib.

İlkin məlumata görə,  aşkar edilən sinif distant təhsilə keçib, məktəb fəaliyyətini davam etdirir.  

Gülayə Mecid