ETSN yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Göygöl I yatağının ərazisində yer təki sahələrinin istifadəyə verilməsi üzrə açıq hərrac keçirilir. 

Unikal.org ETSN-ə istinadən xəbər verir ki, yer təki sahəsindən faydalı qazıntıların çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalı  və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidir:

1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət;
2. Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;
3. Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
4. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
5. İddiaçının tam adı, hüquqi statusu; Hüquqi şəxsdirsə nizamnaməsi, VÖEN şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri fiziki şəxsdirsə şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
6. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin sürəti;
7. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.
İddiaçılar hərracda iştirak etmək üçün tələb olunan sənədləri 9 aprel 2021-ci il saat 16:00 qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər. 
Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər tərəfindən Agentliyə “İnzibati icraat haqqında” qanunun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim olunmalıdır.