Paytaxtdakı 166, 248 və 258 nömrəli tam orta məktəblərin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Unikal.org-a verilən məlumata görə, 166 nömrəli tam orta məktəbdə çalışan 2, 258 nömrəli tam orta məktəbdə çalışan 3, 248 nömrəli tam orta məktəbdə çalışan 7 müəllimin COVID-19 infeksiyasına yoluxmaları təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.