“Ölkəmizin hərbi potensialı və müdafiə qabiliyyət gücləndirilib”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, alınmış hərbi texnikalar Vətən müharibəsində uğurla sınaqdan çıxıb və özünü doğruldub: “Qoşunların ən müasir silah sistemləri və hərbi texnika ilə təmin edilməsi üzrə zəruri işlər davam etdirilir və etdiriləcək”.
Ə. Əsədov təşkilati-ştat strukturunun optimallaşdırıldığını da qeyd edib.