Sabirabad rayonunun Nizami kəndində ağır yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Hacıqabul-Bəhramtəpə avtomobil yolunda qeydə alınıb.

"Kia" və "VAZ 2115" markalı avtomobillərin toqquşduğu avtoqəza zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Yaralılar Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.