Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un Qərb bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, qəza “Nizami” məqbərəsinin yaxınlığında qeydə alınıb. Belə ki, “İsuzu” markalı yük avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini keçidin beton araskəsməsinə çırpıb.  Qəza nəticəsində maşın iki yerə bölünüb, 41 yaşlı Zeynalov Razim Nazim oğlu və 45 yaşlı Elgün Bayramoğlu ağır bədən xəsarətləri alıblar.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.