Sabirabad rayonunun Qəzli kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli evin qamışdan ibarət arakəsmə divarı 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.