Rusiya sülhməramlı kontingentinin mühəndis bölməsinin şəxsi heyəti Dağlıq Qarabağ ərazisində partlayıcı qurğuların məhv edilməsi üzrə işləri davam etdirir.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə sutka ərzində Ballıcadakı xüsusi poliqonda rus hərbçilər minalar və müxtəlif çaplı top mərmiləri daxil olmaqla təxminən 120 partlayıcı qurğunu məhv edib. Proses zamanı təhlükəsizlik tədbirləri təmin edilib.

Bildirək ki, Hər gün Rusiya sülhməramlı kontingentinin 10-a yaxın hərbçisi minaların zərərsizləşdirilməsi ilə bağlı prosesə cəlb olunur.