Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda işgüzar səfərdə olan Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçoku arasında görüş başlayıb.
Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilir.
C.Bayramov həmkarını Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib.
Foreign Minister @Bayramov_Jeyhun welcomes the Minister of Foreign and European Affairs of the #Slovak Republic @IvanKorcok within his working visit to #Azerbaijan. pic.twitter.com/44HztPBm55
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) March 17, 2021