Bakıda 4 yaşlı uşaq ehtiyatsızlıqdan qəpik udub. Müayinə zamanı qəpiyin təbii yolla mədədən xaric edilməsinin mümkünsüz olduğu məlum olub.

Bu barədə Unikal.org-a  Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev məlumat verib:

"Bir həftə qabaq 4 yaşında uşaq 5 qəpik udub. Bir həftədir qəpik uşağın mədəsindən ifraz olunmur. Gətiriblər müayinəyə, biz də aşkar etdik ki, qəpik hələ mədədir. Mədənin çıxacaq hissəsi uşaqlarda dar olduğuna görə çıxmır. Qəpiyin diametri mədənin çıxacaq hissəsinin diametrindən iki dəfədən çox böyükdür. Ona görə mədədən keçmədi, qalıb mədədə. Biz məsləhət gördük ki, endoskopiya müayinəsindən keçsin, endoskopik yolla çıxartsınlar. Hələ bir xəbər yoxdur. Qəpik uşağın mədəsindən çıxarılacaq". 

Seymur Əli