Dörd ildir Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalı bu il də təxirə salınıb.
Unikal.org xəbər verir ki, bu haqda Xalq artisti Emin Ağalarov açıqlama yayıb. O bildirib ki, "Jara"nın yubiley konserti Rusiyada keçiriləcək. Beşincisi keçirilən musiqi festivalında 200-ə yaxın məşhur yer alacaq. Tədbir iyunun 23-dən 27-nə kimi nəzərdə tutulub.
Emin onu da vurğulayıb ki, gələn il ilk dəfə "Miss Jara" keçirməyi planlaşdırır. O, "Jara"nın model agentliyini yaradacağını söyləyib.