Tanınmış komediya aktyoru Müşviq Şahverdiyev biznes qurmaq qərarına gəlib.

Unikal.org xəbər verir ki,  8 aydır işsiz qaldığını deyən aktyor  bu arədə  "Söhbət var"da danışıb. O, aparıcı, Əməkdar artist Dilarə Əliyevanın "Eşitdik ki, təndir evi açmısan" sözlərinə belə cavab verib:

"Restoran açmağa hazırlaşıram. Orada Lənkəran mətbəxi olacaq. Təndir evi də onun içindədir. Karantində indiyənə kimi çəkildiyim filmlərdən yığdıqlarımı yedim, aldıqlarımı geyindim. Amma bu hal yenə davam etsə, olmayacaq. Məni bomj vidində görəcəksiniz".