Abşeron rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.