"Təsadüfi deyil ki, mənim Prezidentlik dövrümdə hərbi xərclər hər zaman birinci yerdə idi. Bunu mən deyirdim və bəyan edirdim ki, biz hərbi xərcləri bundan sonra da artırmalıyıq. Biz müharibəyə hazırlaşmalıyıq, hazırlaşırıq. Bunu bütün dünyaya açıq şəkildə deyirdim. Deyirdim ki, əgər düşmən bizim torpaqlarımızdan öz xoşu ilə çıxmasa biz onları qovacayıq. Belə də oldu. Biz güclü, peşəkar, qəhrəman ordu yaratmışıq. Hərbçilərimiz ən yüksək qiymətə layiqdirlər."
Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.